İdman

“Liverpul” İngiltərə Kuboku ilə vidalaşdı

9 Fevral 2025 22:09
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Kubokunun 1/16 finalında çempionşip təmsilçisi (səviyyəcə 2-ci liqa) "Plimut" "Liverpul"u qəbul edib.

Milli.Az xəbər verir ki, baş hakim Semuel Berrotun idarət etdiyi matçda "Hom Park"da baş tutub.

Oyunda yeganə qolu 53-cü dəqiqədə "yaşıllar"ın hücumçusu Rayan Hardi vurub. Şotlandiyalı futbolçu "qırmızılar"ın yarımmüdafiəçisi Harvi Elliotun əllə oyunundan sonra təyin olunmuş penalti zərbəsindən fərqlənib.

Beləliklə, bosniyalı baş məşqçi Miron Musliçin yetirmərləri növbəti mərhələyə - turnirin 1/8 finalına adlayıblar.

Qeyd edək ki, İngiltərə Kubokunun 1/16 finalının hər oyunu tək matçda keçirilir. Əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt təyin edilir. Əlavə vaxtda da qalib müəyyən olunmazsa, penalti seriyasına start verilir. Oyunun keçirilmə yeri isə püşkatma yolu ilə müəyyən edilir. Analoji reqlament növbəti mərhələdə də tətbiq ediləcək.

Xatırladaq ki, daha əvvəl "Mançester Yunayted"in sözügedən turnirdə "Lester" üzərində son dəqiqədə vurulmuş qol sayəsində qazandığı qələbə müzakirələrə səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.