“Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə"ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. "Zirə" layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?
- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.
- "Qarabağ"ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?
- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.
- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?
- Doğru deyil, Benzia komandadadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası
-
Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
-
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bu Çin maşını kəskin ucuzlaşdı
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
-
Maştağada “Mercedes” mağazaya çırpıldı - (Foto)
-
Sabah çimərliklərdə gözlənilən hava açıqlandı
-
Harri Keyn Peleni geridə qoydu
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - (Video)
-
Deniz Göktaş saxlanıldı
-
443 metr yüksəkdə evlilik təklifi - Saxlanıldılar - (Foto)
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
Valensiya milli ilə vidalaşdı
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
-
Bağçalara elektron qəbula başlanılır
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək





