İdman

İkardinin telefonu müsadirə olundu

17 Yanvar 2025 08:50
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin telefonu polis tərəfindən müsadirə edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı forvardın keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham olunmasıdır. 

Ulduz futbolçu Buenos-Ayres prokurorluğuna çağırılıb, yeni sevgilisi Çayna Suares və vəkili ilə birgə gedib. Futbolçu mobil telefonunu təhvil verməli olsa da, cihazın şifrəsini açıqlamaqdan imtina edib.

Qeyd olunur ki, yoxlama telefona tam giriş olmadan da aparıla bilər. Bu halda prokurorluq telefonun açılması üçün rəsmi göstəriş gözləyəcək və futbolçu telefonun içindəki materiallara girişi rədd edə bilməyəcək.

Xatırladaq ki, daha əvvəl Vanda keçmiş ərinin onu intim videolarını yaymaqda hədələdiyini bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.