"Karatemizin simasını heç kim itirmək istəməz"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rafael Ağayev AKF-nin (Azərbaycan Karate Federasiyası) deyil, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentidir".
Milli.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev deyib.
"Əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi. Son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və eyni zamanda, "İdman haqqında" Qanuna görə, bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər. Karate üzrə də Azərbaycanda akkreditasiyadan keçmiş tək federasiya Azərbaycan Karate Federasiyasıdır.
1992-ci ildə Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyaları Assosiasiyası formalaşdı. Buraya çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə bir federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi fəaliyyət göstərə bilməzlər", - vitse-prezident bildirib.
Füzuli Musayev qeyd edib ki, AKF-nin tərkibində altı keçmiş federasiya üslub kimi fəaliyyət göstərir:
"Onlardan biri də "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyidir. Amma o da digər status almamış federasiyalar kimi, bizdə üslub olaraq (idman karatesi) qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir.
Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona "Milli Karate Federasiyası" İB-də vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Həmin ictimai birlik bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz - ona biz heç nə edə bilmərik.
Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərinə dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edirlər. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu, şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim. Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik"./oxu.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)





