Mahir Emreli: "Əgər anam bunu gözləyirsə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölkə xaricində Azərbaycanı bu şəkildə təmsil etmək xəyalım idi. Düşünürəm ki, azarkeşlərimizin mənə ümidləri böyükdür. Buna görə də onları məyus etməmək üçün əlimdən gələni etməli, maksimumumu ortaya qoymalıyam".
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq" komandasının futbolçusu Mahir Emreli klubun yutub kanalına açıqlamasında deyib.
27 yaşlı hücumçu Almaniya təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlı azarkeşlərin fəal olmasına münasibət bildirib: "Legioner həyatı yaşayan futbolçularımız çox deyil. Məsələn, Almaniyada milyonlarla futbolçu var. Onların xaricdə oynaması sizin üçün xüsusi əhəmiyyət kəsb etmir. Sizin İspaniyanın "Real Madrid" kimi top klubunda oynamış və hazırda da çıxış edən bir çox futbolçularınız var. Buna adi hal kimi yanaşırsınız. Amma azərbaycanlı futbolçular xaricdə oynamağa başlayanda diqqət mərkəzinə düşürlər. Düşünürəm ki, Azərbaycanın uğurlu legioner həyatı yaşayan futbolçuya daha çox ehtiyacı var. Azarkeşlərimiz "Nürnberq"i dəstəkləyir və oyunlarını izləyirlər. Mən bunu yazılan şərhlərdə də görürəm. İnsanların demək olar ki, heç biri neqativ fikir bildirmir. Onlar məndən yaxşı nəticələr gözləyirlər. Çox sağ olsunlar ki, heç vaxt dəstəklərini əsirgəmirlər. Mən burada Azərbaycanı təmsil edən əcnəbiyəm. Atdığım hər addım azərbaycanlılar üçün çox önəmlidir. Əgər yaxşı oyun nümayiş etdirir və qol vururamsa, onlar da sevinir, mənimlə fəxr edirlər".
O, "Nürnberq"in ev oyunlarında azarkeş dəstəyinin güclü olduğunu vurğulayıb: "Düşünürəm ki, doğma meydanda oynamaq üstünlükdür. Çünki azarkeşlərimiz rəqibə təzyiq göstərirlər və nəticə bizim xeyrimizə olur. Mən ilk dəfə rəsmi müqavilə imzalanmaq üçün stadiona gələndə arenanın çox böyük olduğunu gördüm. Həmin vaxt tribunalar bomboş idi. Bu mənim stadionda ilk addımım idi. Bu arenanı görəndə ilk oyunuma çıxmaq üçün səbirsizlənirdim. Fikrimcə, "Maks-Morlok" stadionu dünyanın ən yaxşılarından biridir".
M.Emreli aparıcının "Ananız sizdən beşinci qolu gözləyir" replikasına belə cavab verib: "Mən anamla həmişə bu barədə söhbət edirəm. Amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir. Onu deməliyəm ki, mən həmişə yekun nəticəyə əhəmiyyət verirəm. Mənim üçün ən önəmlisi hər oyundan 3 xalla ayrılmaqdır. Əgər anam məndən növbəti qolu vurmağımı gözləyirsə, mən bunu edəcəyəm. Beşinci, hətta altıncı qolumu vuracağam".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
XƏBƏR LENTİ
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)





