Məşhur futbolçu Mario Balotelli uzun aradan sonra matça çıxıb.
Milli.Az xəbər verir ki, "Parma - Genoa" futbol klubları arasında matç keçirilib. Serie A-ya qayıdan Mario Balotelli 86-cı dəqiqədə oyuna daxil olub.
O, əlavə olunmuş 2-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, matç "Parma - Genoa" - 0:1 hesabı ilə nəticələnib.
Milli.Az