İdman

“Şamaxı” “Zirə" ilə bacarmadı

2 Noyabr 2024 18:48
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, bu gün bir oyun baş tutub.

"Şamaxı" doğma meydanda "Zirə" ilə qarşılaşıb.

Son turlarda qələbəyə həsrət qalmış bu iki komanda uğursuz gedişata son qoymaq üçün çalışıb. Yekunda "Zirə" inamlı qələbəyə sevinib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Araz-Naxçıvan"a uduzub (0:1), "Turan Tovuz" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 0:0. "Kəpəz" - "Səbail" və "Sumqayıt" - "Sabah" oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
2 noyabr

"Şamaxı" - "Zirə" 0:2
Qollar: Martins Junior, 33. Ruan Renato, 63.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.