İdman

Volkan Demirel özünə iş tapdı

31 Oktyabr 2024 13:41
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" və Türkiyə millisinin sabiq futbolçusu Volkan Demirelin yeni iş yeri müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  o, "Bodrum" klubunun baş məşqçisi təyin edilib.

43 yaşlı mütəxəssis Superliqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Volkan Demirel son olaraq "Hatayspor"u çalışdırıb. "Bodrum" turnir cədvəlində 10 xalla 13-cü yerdədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.