"Fənərbağça" və Türkiyə millisinin sabiq futbolçusu Volkan Demirelin yeni iş yeri müəyyənləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Bodrum" klubunun baş məşqçisi təyin edilib.
43 yaşlı mütəxəssis Superliqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Volkan Demirel son olaraq "Hatayspor"u çalışdırıb. "Bodrum" turnir cədvəlində 10 xalla 13-cü yerdədir.
Milli.Az