Bəhreyndəki Gimnaziadada bədii gimnastika növündə final yarışları keçirilir.
Milli.Az xəbər verir ki, Azərbaycan idmançıları Şəms Ağahüseynova və Sofiya Məmmədova hər dörd finalda çıxış edirlər.
Gün halqalarla final yarışı ilə açılıb. Məmmədova bu yarışda hakimlərdən 29.450 xal alaraq qalib olub. Ağahüseynova isə bürünc medal qazanıb (29.000).
Qeyd edək ki, bir gün əvvəl Ağahüseynova çoxnövçülükdə gümüş, Məmmədova isə bürünc medala sahib çıxıblar.
Milli.Az