İdman

Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar

8 Oktyabr 2024 05:05
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pol Poqbanın həyat yoldaşı Zulay Maria futbol ulduzunun depressiyaya düşdüyü dövrdə ona dəstək olan azsaylı şəxslərdən biridir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müqavilə ilə hələ də "Yuventus"a məxsus olan yarımmüdafiəçi dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunmuşdu.

Xanımı dərhal fransız yarımmüdafiəçinin tərəfini tutub və Paulun yaxın aylarda mütləq günahsızlığını sübut edəcəyini iddia edərək, onu hücumlardan müdafiə etməyə çalışıb.

Sonda onun dediyi oldu. Poqbanın cəzası 18 aya endirildi. Bu o deməkdir ki, DÇ-2018-in qalibi yanvarda komanda ilə məşqlərə qayıda və martdan rəsmi matçlarda oynaya bilər.

Bütün bu müddət ərzində Zulay ulduz futbolçunun yanında olub, ona mənəvi dəstəyini nümayiş etdirib. O, "Instagram" influenseridir və model kimi də fəaliyyət göstərir. Xüsusilə, 1 milyon abunəçisi olan "İnstaqram" səhifəsində idman geyim markası olan "Alo" ilə müqavilə bağlayıb.

Poqba 2022-ci ildə "Le Figaro"ya verdiyi müsahibədə depressiyadan əziyyət çəkdiyini bildirib. Zulay isə həmişə etibarlı tərəfdaş olub. Cütlüyün iki övladı var - Labile Şakur və Keyan Zahid.

Bu, Polun həyatında ən düzgün seçim olduğunu göstərdi. Çünki onun həyat yoldaşı təkcə inanılmaz gözəl deyil, həm də etibarlı tərəfdaşdır. Poqbanın böyük futbola qayıtması da Zulayın sayəsindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.