İdman

Ağır xəstəliyə tutulduğu üçün istefa verdi

27 Sentyabr 2024 17:36
Baxış: 3 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Nyukasl" klubunun baş direktoru Darren İlz ağır xəstəliyə tutulduğu üçün istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı funksionerə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni varis təyin olunana qədər vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, D.İlz 2022-ci ildən "Nyukasl"dadır. Karyerasına "Vest Bromviç" klubunda hüquq işləri üzrə direktor kimi başlayan funksioner daha sonra İngiltərədə "Tottenhem", Şotlandiyada "Aberdin", ABŞ-də "Atlanta Yunayted"in İdarə Heyətində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.