İdman

Serhat Akın güllələndi - FOTO

27 Sentyabr 2024 08:02
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında bildirib.

O, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.

Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

Hadisə ilə bağlı "Fənərbaxça" klubu da açıqlama yayıb.

"Keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik. Hadisəni törədənlərin ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik", - klubdan bildirilib.

Qeyd edək ki, 5 mövsüm "Fənərbaxça"da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, "Fənərbaxça" forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.