Serhat Akına silahlı hücumun anbaan görüntüləri - YENİLƏNİB - VİDEO - FOTO

27 Sentyabr 2024 12:55

12:55

"Fənərbağça" və Türkiyə milli komandasının sabiq hücumçusu Sərhat Akına qarşı edilən sui-qəsd cəhdinin videosu yayılıb.

Milli.Az xəbər verir ki, görüntülər müşahidə kamerası tərəfindən qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

----------
11:55


Türkiyə Futbol Federasiyası(TFF) silahlı hücuma məruz qalan "Fənərbağca"nın keçmiş futbolçusu Sərhat Akın barədə açıqlama yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, açıqlamanın mətni TFF-nin saytında yerləşdirilib.

"Fənərbağça"nın və milli komandanın keçmiş hücumçusu, futbol şərhçisi Serhat Akın gecə saatlarında silahlı hücum nəticəsində ayağından yaralanıb.

Türkiyə Futbol Federasiyası olaraq Serhat Akına tezliklə sağlamlığını bərpa etməyi arzu edirik. Biz bu xain hücumu şiddətlə qınayırıq" - TFF-nin bəyanatında qeyd olunur.

-------
08:02
Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında bildirib.

O, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.

Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

Hadisə ilə bağlı "Fənərbaxça" klubu da açıqlama yayıb.

"Keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik. Hadisəni törədənlərin ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik", - klubdan bildirilib.

Qeyd edək ki, 5 mövsüm "Fənərbaxça"da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, "Fənərbaxça" forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun