İdman

"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik

20 Sentyabr 2024 22:48
Baxış: 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib: "Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq".

"Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək", - deyə baş məşqçi vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.