"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, pilotun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb.
Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun