İdman

Onları əks-hücumlarda yaxalamaq istəyirdik - Santuş

9 Sentyabr 2024 00:23
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə danışıb:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.