Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messinin illik qazancı bir milyard avroya çata bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçuya yenidən təklif göndərib.
Məlumata görə, 37 yaşlı futbolçu təklifi qəbul edərsə, bonuslarla birlikdə illik qazancı bir milyard avro ola bilər. "Əl-Hilal" klubu ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avroluq təklif göndərmişdi.
Qeyd edək ki, futbolçu 2023-cü ildə PSJ-dən "İnter Mayami"yə keçib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun