İdman

Braziliyalı futbolçu üçün "Real"a 1 milyard avro

12 Avqust 2024 18:19
Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi "Real"la danışıqlar aparır.

Milli.Az report-a istinadən xəbər verir ki, qarşı tərəf 24 yaşlı vingerə görə "kral klubu"na 1 milyard avro ödəməyə hazırdır.

Keçid reallaşsa, braziliyalı oyunçu tarixin ən çox maaş alan idmançısı olacaq. Müqavilənin qüvvədə olduğu beş il ərzində Junior bir milyard avrodan çox qazanacaq.

Səudiyyə Ərəbistanında futbolçunu bu ölkədə 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyirlər.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.