İdman

Paris-2024: Sabah Şəriəti yarımfinalda - VİDEO - FOTO

5 Avqust 2024 18:51
Baxış: 2 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün güləş yarışlarına start verilib.

İlk gündə yunan-Roma güləşçiləri xalçaya çıxıblar. Azərbaycan millisinin iki pəhləvanı da Olimpiadada mübarizəyə başlayıb.

Yunan-Roma güləşi
60 kq
Murad Məmmədov 1/8 final görüşünə çıxıb. O, Venesuela təmsilçisi Rayber Xose Rodriges Orozko ilə qarşılaşıb və 5:6 hesabı ilə uduzub.

130 kq
Sabah Şəriəti də mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. O, 1/4 finalda Alımxan Sızdıkovla (Qazaxıstan) güləşib. Sabah bu dueldən də qalib ayrılıb - 4:0. O, finala gedən yolda Mixain Lopeslə (Kuba) güləşəcək.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığması Paris-2024-də 5 idmançı ilə təmsil olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.