İdman

Cənubi Koreyanı Şimali Koreya kimi təqdim etdilər - VİDEO

27 İyul 2024 12:34
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Olimpiadanın açılışında daha bir insident: Cənubi Koreya yığması "Koreya Xalq-Demokratik Respublikası" kimi təqdim edilib.

Milli.Az bildirir ki, YonHap agentliyinin yazdığına görə, fransızdilli aparıcı səs sistemi vasitəsilə "République populaire démocratique de Corée" ifadəsini işlədib. Sonra ingilis dilində "Koreya Xalq-Demokratik Respublikası" elan edilib.

Ekranda göstərilən subtitrlərdə isə düzgün ad - "Cənubi Koreya Respublikası" qeyd olunub. Cənubi Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi insidentlə bağlı BOK prezidenti Tomas Baxla görüş tələb etdiklərini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.