İdman

Paris-2024-ün açılış mərasimi keçirilib - YENİLƏNİB - VİDEO - FOTO

27 İyul 2024 09:28
Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Sena çayında keçirilən mərasim idmançıları daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə star verilib.

Tarixdə ilk dəfə yarışın açılış mərasimi stadiondan kənarda - Parisin mərkəzində keçirilir. İdmançıların paradı Sena çayından qayıqla keçməklə təşkil olunur. 

Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.

Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.