"Mənə xidmət etmək, butslarımı təmizləmək istədiklərini yazanlar var" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ana Mariya Markovic dünyanın ən cazibədar futbolçusu elan edilməsinə nifrət edir, çünki bu, ona lazımsız diqqət gətirir.
Milli.Az lent.az-a istinadən bildirir ki, 23 yaşlı "Qrasshopper"in ulduzu insanların onun görünüşünə baxmaqdansa, bir oyunçu və bir insan olaraq kim olduğu barədə tam təsəvvür əldə etmələrini istəyir.
Medianın diqqəti Markoviçə 2021-ci ildə, o, Xorvatiya millisi ilə ilk kubokunu qazandıqdan sonra başlayıb. Ana etiraf edir ki, bu diqqətin çox hissəsi müsbətdir, lakin vicdansız şəxslərin məsələyə müdaxilə etdiyi mənfi məqamlar da olub.
Gözəlliyi ilə bağlı şərhlərdən həzz almasına baxmayaraq, ondan "model olmaq və ya "Çelsi" ilə müqavilə imzalamaq istərdimi" sualına Markoviç belə cavab verib: "Əlbəttə, "Çelsi" ilə müqavilə istərdim.
Ən gözəl futbolçu adlandırıldığım yazıları bəyəndim, çünki gözəl olduğumu eşitmək məni sevindirir. Amma sonra qəzetlər məni ən cazibədar futbolçu adlandırdılar. xoşuma gəlmədi.
Bundan sonra bir çox insanlar menecer olduqlarını iddia edərək mənə məktub yazdılar və məndən nə istədiklərini dəqiq bilirəm. Heç vaxt futbol oynadığımı görməyiblər və yalnız görünüşümə baxırlar. Çox üzr istəyirəm. Düşünürəm ki, belə insanlar əvvəlcədən daha çox öyrənməli və mənim futbolda nə edə biləcəyimi görməlidirlər".
Markoviç sosial mediada istənməyən açıq-saçıq görüntülər aldığını bildirib. Onun sosial mediada 2,3 milyondan çox izləyicisi var və yumoristik mesajlar göndərən pərəstişkarları ilə ünsiyyət qurmaqdan həzz alır.
"Ancaq qəribə fotolar var, həqiqətən iyrəncdir. İnsan niyə belə bir şey edər, bilmirəm, amma həmkarlarımla buna sadəcə gülürəm".
Bəzən mənə xidmət etmək istədiklərini və məsələn, məşqdən sonra butslarımı təmizləmək istədiklərini yazan adamlardan gülməli mesajlar alıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





