İdman

Kevin Səudiyyə Ərəbistanı klubuna keçir

22 İyul 2024 11:14
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Kevin de Brüyne Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə razılaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə klubu ilə "Əl-İttihad" arasında 33 yaşlı futbolçu ilə bağlı danışıqlar davam edir.

İyunun əvvəlində forvardın yay transfer pəncərəsində komandasını tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Kevin özü də karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyini istisna etməyib.

Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən "Siti"də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.