İdman

Arda Güler "Real Madrid"də ilk beşliyə düşdü - FOTO

20 İyul 2024 14:47
Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin yeni parlayan ulduzu Arda Gülerin şöhrəti və pərəstişkarları getdikcə artır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istedadı ilə "Santyaqo Bernabeu" stadionunda azarkeşləri coşduran futbolçunun forması "Real Madrid" mağazasında ən çox tələb olunanlar sırasında yer alır.

Keçən il transfer olunana qədər İspaniyada tanınmayan Arda Güler ​​Mbappe, Vinisius, Bellingem və Modriçdən sonra "Real Madrid" mağazalarında ən çox forması satılan beşinci futbolçu olub.

"Real Madrid"in yeni transferi Mbappenin forması mağazada ön cərgələrdə yerləşdirilsə də, azarkeşlər künc-bucaqda gizlədilən Arda Gülerin formasını tapıb almağa üstünlük verirlər.

Qeyd edək ki, Arda Gülerin formasının qiyməti 70-160 avro arasında dəyişir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.