İdman

Reşford sürücülük hüququndan məhrum edildi

19 İyul 2024 14:43
Baxış: 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford 6 ay sürücülük hüququndan məhrum edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun sürət həddini aşması olub.

Məlumata görə, Reşford 1666 funt sterlinq (3660 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, Reşford ötən ilin sentyabr ayında İngiltərə premyer-liqasında "Bernli" üzərində qələbədən sonra bahalı avtomobili ilə qəza törətmişdi.

Onu da bildirək ki, 26 yaşlı forvard AVRO-2024 üçün İngiltərə millisinin heyətinə daxil edilməmişdi. O, ötən mövsüm ilə çıxdığı 43 matçda 8 qol və 5 də məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki klubla müqaviləsi 2028-ci ilin yayınadəkdir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.