İdman

Messidən komanda yoldaşlarına jest - FOTO

16 İyul 2024 10:07
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin üzvü Lionel Messi Kopa Amerika finalından öncə komanda yoldaşlarına jest edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, futbolçulara Argentina millisinin formasının və bayrağının rənglərinə uyğun hazırlanmış məşhur brendə məxsus qulaqlıqlar hədiyyə edib.

Qeyd edək ki, Messi DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarına üzəri qızılla örtülmüş mobil telefon hədiyyə etmişdi.

Xatırladaq ki, futbol üzrə Amerika Kubokunun final görüşündə Argentina millisi Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.