İdman

Azərbaycanda futbol matçı zamanı dava: Məşqçi döyüldü - VİDEO

15 İyul 2024 09:27
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən "Zirə"-"Neftçi" matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən oyunda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

"Tərəfimizdən aidiyyəti üzrə futbol klubu ilə əlaqə saxlanılıb, hadisənin təfərrüatı öyrənilib. Vurğulanıb ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib.

Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək" - DİN-dən bildirilib.

Qeyd edək ki, İsmayıl Məmmədov Azərbaycan millisinin sabiq üzvüdür. Veteran futbolçu vaxtilə bir sıra aparıcı klublarımızda çıxış edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.