İdman

Slovakiya yığmasının baş məşqçisi: Favoritlər arasında olan komandaya qarşı əla oyun keçirdik

1 İyul 2024 08:50
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məyusluqdan daha çox qürur duyuram. Çünki favoritlər arasında olan komandaya qarşı əla oyun keçirdik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu sözləri Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İngiltərəyə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O İngiltərə yığmasına qarşı bərabər səviyyədə oynadıqlarını bildirib: "Rəqiblə eyni səviyyədə oynadıq, təəssüf ki sonda fərqli oldu. Əlavə vaxtda demək olar ki meydanın rəqibə aid olan hissəndə idik. Fəxr edirəm ki, İngiltərəni müdafiə olunmağa və nəticəni qorumaları üçün meydana əlavə müdafiəçilər buraxmalarına məcbur etdik".

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.