İdman

UEFA Danimarkanı cəzalandırdı

25 İyun 2024 12:59
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Danimarka Futbol Federasiyasını cəzalandırıb.

Milli.Az idman.biz-ə istinadla xəbər verir ki, buna onların azarkeşlərinin AVRO-2024-də açdığı banner səbəb olub.

Hadisə İngiltərəyə qarşı 1:1 hesabı ilə bitən matçda baş verib. Pankartlarda UEFA-ya qarşı təhqirlərin olduğu şüarlar yer aldığı üçün federasiya 10 min avro ödəyəcək.

Qeyd edək ki, daha öncə UEFA Albaniya və Serbiya futbol federasiyalarını siyasi şüarlara görə cərimələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.