İdman

Rahil Məmmədova Polşada yeni müştəri

21 İyun 2024 14:09
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovu heyətinə qatmaq istəyən klub bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Polşada LKS-in şərəfini qoruyan müdafiəçi bu ölkənin digər klubunun hədəfindədir.

"Rakuv" yeni mövsüm ərəfəsində heyətini gücləndirməyi planlaşdırır. Bu klubla çempionluq yaşayan Marek Papşun yenidən baş məşqçi postuna qayıdıb və heyətdə islahatlara başlayıb.

Mütəxəssis yüksək dəstəni tərk edən LKS-in oyunçularını gözaltı edib. Artıq Kay Tejanla ilkin razılıq əldə edən "Rakuv" Rahil Məmmədovla Bartoş Şeliqanı da heyətinə qatmaq istəyir. Bu futbolçular LKS-in son məşqinə də qatılmayıblar və onların gedəcəyi gözlənilir.

Qeyd edək ki, Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan LKS-ə keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.