İdman

Avro-2024: İtaliya Albaniya millisinə qalib gəlib - YENİLƏNİB

16 İyun 2024 00:51
Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​00:51

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.

Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella təyin edib.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

-------
23:18

Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçirilir.

Milli.Az xəbər verir ki, günün son oyununda İtaliya və Albaniya milliləri üz-üzə gəlir.

B qrupu

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu

***

Matçda erkən qol qeydə alınır. Albaniya 1-ci dəqiqədə Bayraminin qolu sayəsində hesabı açır.

***

İtaliya 5 dəqiqə ərzində hesabda önə keçir. 11-ci dəqiqədə Bastoni, 16-cı dəqiqədə isə Barealla fərqlənir - 2:1.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.