İdman

Stanislav Çerçesov Azərbaycanla oyunu tirubunadan izləyəcək

10 İyun 2024 22:19
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov Azərbaycanla keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə komandasına rəhbərlik etməyəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilet Barmenkulov açıqlamasında deyib.

Rusiyalı mütəxəssis iyunun 11-də rəsmən yığmaya baş məşqçi təyin olunsa da, həmin gün Azərbaycan millisinə qarşı baş tutacaq matçı tribunadan izləyəcək.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"da keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.