Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Kipr oyununa təyinat alıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki "Mixeil Mesxi II" stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun