İdman

“Yeganə günahkar mən deyiləm”

25 May 2024 22:51
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Sabah" oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün 2 qol epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç 36-cı turun "Sabah"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Necə düşünürsüz, analizlərdən danışmaq artıq gec deyil?

- Nə edə bilərəm? Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. "Neftçi" liqanı 5-ci yerdə bitirirsə, deməli, uğursuzluq var.

- Gələcək haqda planlarınız nədir? Bu komanda ilə nə edə bilərsiz?

- Bu suala cavab verə bilmərəm. Sadəcə bir az gözləmək lazımdır.

- Qarşınıza ikinci yeri tutmaq, kuboku qazanmaq məqsədi qoyulmuşdu. Amma heç nə edə bilmədiz. Tarixi klubu bu hala saldığınız üçün utanırsız?

- Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm.

- Hiss olunurdu ki, bir xal üçün oynayırsız. Yenidən oyuna başlamalı olsaydız, fərqli taktika seçərdiz?

- Biz bir xal üçün oynamırdıq. Bilirdik ki, "Sabah" əks-hücumlara yaxşı çıxır. Özümüz üçün boş sahələr axtarırdıq. Qol vursaydıq, qalib gələ bilərdik. Amma "Sabah"ın qapıçısı onları xilas etdi. Hakimə bildirdik ki, əvəzetməni hazırlamışıq, buna icazə vermədi.

- "Qarabağ"la görüşdən sonra mənə kiçik jurnalist demişdiz. "Neftçi" beşinci yeri tutdu, avrokuboklara yollana bilmədiz. Bu uğursuzuluğun fonunda özünüzü kiçik məşqçi hesab edirsiz, yoxsa böyük məşqçi?

- Boyum 1,96-dır. Hətta kiçik demək istəsəm də, boyum uzundur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.