İdman

Mbappenin PSJ-dən ayrılmasının təfərrüatları

12 May 2024 09:23
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur jurnalist və insayder Fabritsio Romano PSJ-nin hücumçusu Kilian Mbappenin klubdan ayrıldığını rəsmən elan etdikdən sonra futbolçunun son illərdəki transfer hekayəsinin təfərrüatlarını paylaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Kilian Mbappe son iki ildə heç vaxt İngiltərə Premyer Liqa klubları ilə danışıqlarda iştirak etmək istəməyib.

"Keçən yay o, Səudiyyə Ərəbistanı klublarından mövsümə görə 200 milyon avro maaş almaqdan da imtina edib. Səbəb: o, yalnız "Real Madrid"ə keçmək və 2022-ci ilin iyunundan sonra prezident Florentino Peresi yenidən məyus etməmək istəyirdi", - insayder qeyd edib.

Bir çox KİV, eləcə də insayderlər fransalının yayda "Real Madrid"in futbolçusu olacağını iddia edir. Onun "kral klubu"na keçidi iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalından sonra açıqlana bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.