Konfrans Liqasının "Aston Villa" - "Olimpiakos" görüşündə azarkeşi xilas edən xanımın kimliyi bəlli olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki,əlumata görə, görüşün ilk hissəsi başa çatdıqdan sonra yaranan fasilə zamanı ingiltərəli azarkeşlərdən birinin vəziyyəti ağırlaşıb. Stadionda oyunu izləyənlər arasında olan xanım həmin azarkeşə ilkin yardım göstərərək onun həyatını xilas edib.
Araşdırmalar nəticəsində yardım göstərən xanımın "East Midlands Ambulance" servisində xidmət göstərən Haydi Elliott olduğu üzə çıxıb.
"Aston Villa"nın azarkeşləri sosial şəbəkələrdə bu xanımın şəkillərini paylaşaraq klubdan oyunlara ömür boyu pulsuz girmək haqqı verilməsini tələb ediblər.
Qeyd edək ki, vəziyyəti ağırlaşan şəxsin atası özünün "X" sosial şəbəkə hesabında xanımla görüşmək istədiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun