İdman

“Kicker” “Qarabağ”ın çempionluğundan yazdı

18 Aprel 2024 20:38
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Kicker" nəşri Avropanın milli çempionatlarının qalibləri haqqında yazıda "Qarabağ"dan bəhs edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yazıda Ağdam klubunun erkən çempionluğu vurğulanıb.

Leverkuzen "Bayer"inin tarixində ilk çempionluğunu qeyd edən nəşr "Qarabağ"ın mövsümün sonuna bir neçə tur qalmış rekord çempion olduğunu yazıb: "Azərbaycan və Uels çempionları rekorda imza atıblar. Ağdam klubu 11-ci dəfə ölkə çempionu olub. Qafqaz ölkəsində mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 25 xal qabaqlayır. "Nyu Seynts" isə Uels çempionatında ötən il qazandığı titulu qoryub. Bu komanda "Bayer" kimi mövsümü məğlubiyyətsiz davam etdirir. "Nyu Seynts" 22 oyunun 20-də qələbə qazanıb".

Qeyd edək ki, "Qarabağ" 2023/2024 mövsümünün bitməsinə 8 tur qalmış Azərbaycan çempionu olub. Almaniya Bundesliqasında isə "Bayer" 29 turdan sonra 79 xal toplayaraq, çempionluğunu rəsmiləşdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.