Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Fənərbağça" da növbəti matçına çıxacaq.
İstanbul təmsilçisi doğma meydanda "Olimpiakos"la qarşılaşacaq. Bu komandaların Yunanıstandakı ilk oyununda meydan sahibləri qalib gəliblər.
Günün digər oyunlarında "Viktoriya" "Fiorentina"nın, "Aston Villa" "Lill"in, "Brügge" isə PAOK-un qonağı olacaq.
Konfrans Liqası
1/4 finalın cavab oyunları
18 aprel
20:45. "Fiorentina" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) (ilk oyun 0:0)
20:45. "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) (1:2)
23:00. "Fənərbağça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) (2:3)
23:00. PAOK (Yunanıstan) - "Brügge" (Belçika) (0:1)
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun