İdman

Benzia qitənin ən yaxşıları sırasında

9 Aprel 2024 16:47
Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrikada ayın futbolçusu mükafatının qalibi olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, martın ən yaxşısı adına namizədlər siyahısında olan "Qarabağ"ın futbolçusu Yassin Benzianın mövqeyi bəlli olub.

Səsverməyə qatılan 105 min 473 azarkeşdən 12 min 840 nəfəri əlcəzairlini martın ən yaxşısı hesab edib.

Benzia 12,17 faiz səslə Afrikanın 4-cüsü olub. Ayın futbolçusu adını isə Serj Quirassi qazanıb.

1. Serj Quirassi (Qvineya, "Ştutqart") - 27,21% (28,698 səs)
2. Yoan Vissa (Konqao, "Brentford") - 21,01% (22,164 səs)
3. Pyer-Emerik Obameyanq (Qabon, "Marsel") - 16,75% (17,671 səs)
4. Yassin Benzia (Əlcəzair, "Qarabağ") - 12,17% (12,840 səs)
5. Nikolas Cekson (Seneqal, "Çelsi") - 9,04% (9,535 səs)
6. Ayub El Kaabi (Mərakeş, "Olimpiakos") - 7,25% (7,648 səs)
7. Omar Diakite (Fil Dişi Sahili, "Reyms") - 6,56% (6,917 səs).

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.