İdman

Vadim Vasilyevin son durumu: “Sol əlim...”

27 Mart 2024 12:19
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin səhhətində irəliləyiş var.

Bu barədə  İdman.Biz-ə 52 yaşlı veteran hücumçunun özü məlumat verib.

O bildirib ki, hazırda özünü normal hiss edir: "Hər şey eyni qaydada davam edir. Ötən gün həkim müayinəsinə getmişdim. Dedilər ki, səhhətimlə bağlı hər şey yaxşıya doğru gedir. 6 ay içərisində tam sağalacağıma ümid edirlər. Mən də gözləyirəm və çox inanıram ki, tam sağalacam. Amma sol əlim hələ də işləmir. Əvvəlki vaxta nisbətən indi daha rahat hərəkət edə bilirəm".

Qeyd edək ki, fevralın əvvəlində insult keçirən Vadim Vasilyev hazırda müalicəsini ev şəraitində davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.