İdman

Nəticəyə də mən cavabdehəm - Millinin məşqçisi

21 Mart 2024 21:00
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Monqolustanla oyunöncəsi mətbuat konfransında deyib.

"Fərqli rəqiblərlə üz-üzə gələcəyik. Sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəyik. Növbəti matçda isə balanslı çıxış etməyə çalışacağıq.

İlk növbədə onu deyim ki, mən öz işimi görürəm. Buna görə də əlimdən gələn nə varsa, komandaya aşılamağa çalışıram. Məsuliyyət baş məşqçinindir. Komandanı meydana mən çıxarıramsa, nəticəyə də mən cavabdehəm. Gələcəklə bağlı isə mən bir söz deyə bilmərəm.

Rəqibləri ay yarımdır, analiz edirik. Onların zəif və güclü tərəflərini bilirik. Monqolların futbolu fərqlidir. Avropalılardan seçilirlər. Komanda daim meydanda hərəkətdədir. Müdafiədə kompakt şəkildə çıxış edirlər. Məşqlərdə bunu yarmaq üzərində çalışırıq", - A.Əsədov qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.