İdman

UEFA “Fənərbaxça”ya cəza verdi

15 Mart 2024 20:48
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Türkiyə Superliqasının "Fənərbaxça" klubunu cəzalandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

"Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə "sarı-göylər"in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib.
O da qeyd olunub ki, "Fənərbaxça" Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.