İdman

"Real"dan “Fənərbağça”ya sürpriz təklif - Ardanın rekordunu qıracaq

15 Mart 2024 19:48
Baxış: 1 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" "Fənərbağça"nın futbolçusunu transfer etmək istəyir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Real" Ferdi Kadıoğlunun transferi üçün təklif hazırlayıb. İddialara görə, "Real" "Fənərbaxça" ilə rəsmi danışıqlara başlamaq üçün hərəkətə keçib.

"Fənərbaxça"nın AVRO-2024-dən sonra Ferdi üçün gələcək təklifləri dəyərləndirəcəyi gözlənilir. Türkiyə təmsilçisi futbolçu üçün azı 30 milyon avro tələb edir. "Real Madrid" bu məbləği ödəyərsə, Ferdi "Fənərbaxça"nın 21 milyon avroya satılan Vedat Muriq və Baliçi geridə qoyaraq ən yüksək qiymətə satılan futbolçusu olacaq.

Ferdi Kadıoğlu bu mövsüm oynadığı 39 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.