İdman

Konfrans Liqası: “Fənərbağça”nın rəqibi bilindi

15 Mart 2024 17:23
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşiblər.

Ən güclü səkkiz komanda arasında yer alan Türkiyə klubu "Fənərbağça" növbəti raundda Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşacaq.

1/4 final:

"Brügge" (Belçika) - PAOK (Yunanıstan)

"Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə)

"Aston Villa" (İngiltərə) - "Lill" (Fransa)

"Viktoriya" (Çexiya) - "Fiorentina" (İtaliya)

Yarımfinal:

"Aston Villa" - "Lill" cütünün qalibi / "Olimpiakos" - "Fənərbağça" cütünün qalibi

"Viktoriya" - "Fiorentina" cütünün qalibi / "Brügge" - PAOK cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı "Ayasofiya" stadionunda olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.