İdman

Bakıda “Qarabağ”a qol vuran futbolçunu 15 milyona satdılar

4 Mart 2024 18:20
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Atletik" klubu heyətini yeni futbolçu transfer edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bilbao klubu "Braqa"nın vingeri Alvaro Calonu alıb. 24 yaşlı ispaniyalı ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna yayda qoşulacaq.

"Atletik" Calo üçün "Braqa"ya 15 milyon avro ödəyəcək. Anlaşmada daha 5 milyon avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, Alvaro Avropa Liqasının pley-offunda "Qarabağ"la Bakıdakı qarşılaşmada qol vurub. O, mövsümün 38 matçında 14 qol və 3 assistə imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.