İdman

Haaland bir oyunda 5 qol vurdu

28 Fevral 2024 07:40
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "Luton"a 6:2 hesabı ilə qalib gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, "şəhərlilər"in heyətində qolları Erlinq Haaland (3, 18, 40, 55, 58-ci dəqiqə) və Mateo Kovaçiç (72) fərqlənib.

Yarımmüdafiəçi Cordan Klark "Luton"un heyətində iki qol vurub (45, 52).

Haaland ilk dörd qolunu Kevin De Bruynenin ötürmələrindən vurub.

Haaland ikinci dəfədir penta-trikinə imza atıb.

2023-cü ilin martında Mançesterdə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (7:0) Almaniyanın "Leypsiq" komandasının qapısına 5 dəfə yol tapıb.

Haaland 1970-ci ildən bəri İngiltərə Kubokunun bir oyununda ən azı beş qol vuran ilk oyunçu olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.