İdman

Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib

27 Fevral 2024 13:53
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların cari mövsümündə ən çox mükafat qazanan klublar açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ" "Top-50"də qərarlaşıb.

Mübarizəyə Çempionlar Liqasında başlayan, Avropa Liqasında 1/8 finala adlayan Ağdam klubu artıq 10 milyon 482 min avro əldə edib. Bu, mövsümün 47-ci göstəricisidir.

Təmsilçimizin 1/8 finaldakı rəqibi "Bayer" 34-cüdür. Almaniya klubu 13 milyon 790 min avro mükafat əldə edib.

Qeyd edək ki, cari mövsüm ən çox qazanan klub "Real"dır. İspaniya klubu artıq 79 milyon 892 min 421 avro əldə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.