Samir Abasovdan "Qarabağ"la bağlı səmimi ETİRAF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misli Premyer Liqasının XXIV turunda "Sumqayıt" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Gənclik şəhəri təmsilçisin baş məşqçisi Samir Abasov mətbuat konfransında oyunu şərh edib, jurnalistlərin suallarını cavablandırıb:
- Qarabağ"ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da belə, "Qarabağ"ın gücü var. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik.
- İkinci pillədə olsanız da, top fərqində mənfi göstəriciyə sahibsiz. Bunu nə ilə əlaqələndirirsiz?
- Bu sualdan əvvəl analiz edib, götür-qoy etsəniz, görəcəksiz ki, müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı.
- "Qarabağ" əsas heyətlə oynasaydı, böyükhesablı məğlubiyyətiniz qeydə alınardı?
- Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq. Bu doğru deyil axı. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. "Qarabağ"da əsas heyət hansıdır, hansı əsas heyət deyil? "Qarabağ"ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil.
- Nə zaman "Qarabağ"a qarşı oynayacaq komanda ortaya çıxacaq? "Sumqayıt" nə vaxt "Qarabağ"ı udacaq potensiala gələcək?
- Yersiz suallardır desəm, məndən inciyəcəksiz. Verilən cavab da yersiz olacaq. "Qarabağ"a rəqib olmaq üçün işi düz qurmalısan. "Qarabağ" bir ilin komandası deyil. Futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyun deyil, struktura qarşı oynanılan oyundur. O qədər nüanslar var. "Qarabağ" "Səbail" və "Araz-Naxçıvan"a da uduzub. Mövsüm ərzində belə şeylər ola bilər. Amma bunlar aldadıcı olmasın. Çünki ən azından məsləhətim odur ki, Azərbaycan klubları Avropa komandalarına deyil, elə "Qarabağ"a baxıb dərs çıxarsınlar. Ümumi klubun görəcəyi iş necə olur. "Qarabağ"a yaxın büdcən, futbolçuların olmursa, yaxın 10 ildə mən tərəfdən belə şey gözləməyin.
- Qorxmursuz ki, bu məğlubiyyətlə mövqeyinizi itirəsiz?
- Zərrə qədər qorxu yoxdur. Çünki mövsümün əvvəlində məqsədimiz var ki, çempionatda qalaq. 3-4 tura çempionatda qalmağı həll edərik. Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdır.
- İlk üçlükdə tamamlasaz, büdcə böyüyəcək? Vədlər var?
- Bu haqda danışmamışıq. Azərbaycan futbolduru, sabah necə olacağını bilmirsən. Hər şey ola bilər. Biz bu gündən danışmalıyıq. Sabah necə olacağını bilmirəm. Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm. Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq.
- İkinci yer uğrunda gərgin mübarizə gedir. "Qarabağ" kuboku da götürsə, Avropa Liqasına ikinci pillədəki komanda gedəcək. Bu haqda fikriniz necədir?
- Mənim problemim odur ki, digərlərindən fərqli olaraq problemləri həmişə dilə gətirirəm. Bu skameyka, bu oyunçu sayı ilə həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olardı. Ya ikisini də yarımcanlı oynamalısan, ya da birində canını qoymalısan. Kubokda hər şeyimizi qoysaydıq, növbəti matçda yaxşı nəticə qazanmağımzı mümkünsüzə yaxın idi. Amma hər bir halda, çıxdığımız matçda qələbə qazanmaq istəyirik. Avrokubok zonasında olmağı çox istəyirik. Bu mövsüm oyunumuzla buna yaxınıq. "Sumqayıt"dan bu gün pis danışan yoxdur. Dirənəcəyimiz yer "Qarabağ"dır, onların da gücü bəllidir. Digər komandalarla 1 xal üçün oynamırıq, qələbə üçün meydana çıxırıq. Mövsümün sonunda tutacağımız mövqeyimiz bizi üzməli deyil. Biz ilin əvvəlində qoyduğumuz planlar nədirsə, ona doğru getmək istəyirik. Mərhələ-mərhələ irəliləmək niyyətindəyik. Hər ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. Bunu Azərbaycanda da edə bilərik. "Qarabağ", "Şerif", "Ludoqrets", "Slaviya" bunu göstərir. Sadəcə, mərhələ-mərhələ buna yaxınlaşmalıyıq. Bizim üçün nümunə də "Qarabağ"dır. Bu mövsüm də ikinci yerə can atmağımız "Sabah" və "Neftçi"dən irəli gələn problemdir. O komandalar top səviyyəsində olsaydılar, 4-cü yer uğrunda mübarizə aparacaqdıq. Keçən ilki "Sabah" bu mövsü olsaydı, kim deyə bilərdi ki, ikinci yerə oynayıram?
- "Neftçi" və "Sabah"ın zəifləməsinə sevinirsiz?
- "Sabah" haqda soruşsanız, cavab verərəm. Amma "Neftçi" haqda ümumiyyətlə cavab vermək istəmirəm. Bütün rəqiblərin, hətta "Qarabağ"ın da bizimlə oyunda zəifləməsinə sevinirəm. Ancaq nə edim, uda bilmirik axı?
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Elvin uzun müddət sonra - (Video)
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
XƏBƏR LENTİ
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb





