İdman

“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

25 Fevral 2024 19:30
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin bütün qapıçıları arasında ən yaxşısı olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Opta Sports" öz Teleqram kanalında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib.

O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbədən 72%-ni qaytarıb. Eyni zamanda qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyov "Qarabağ"a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, qapıçının bazar dəyəri 1 milyon avrodur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.